- Baxış sayı: 27
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Hücumçu Kilyan Mbappe Fransa millisinin heyətində vurduğu qolların sayına görə 2-ci pilləyə yüksəlib.
Allsport.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunun İslandiya ilə oyununda (2:1) “Real Madrid”in futbolçusu 45-ci dəqiqədə millinin heyətində 52-ci qolunu vurub. Bu göstəricidə o, Tyerri Anrini (51) ötüb. “Xoruzlar”ın ən yaxşı bombardiri 57 qolu olan “Lill”in hücumçusu Olivye Jirudur.
Mbappe 2017-ci ilin martında 18 yaş 3 ay 5 günlük olarkən millidə debüt edib.