- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Fransa millisinin hücumçusu Kilian Mbappe sağ topuğundakı iltihab səbəbindən 16 noyabrda Azərbaycan yığması ilə keçiriləcək DÇ-2026 seçmə mərhələsi oyununda iştirak etməyəcək.
Allsport.az xəbər verir ki, o, artıq Fransa yığmasının düşərgəsini tərk edib və Madriddə müayinə olunacaq.
Fransa millisi son oyunda Ukraynanı 4:0 hesabı ilə məğlub edib. Mbappe bu matçda dubl edib. Didye Deşamın rəhbərlik etdiyi kollektiv və dünya çempionatına vəsiqəni təmin edib.