- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe çempionlar liqasının əsas mərhələsində “Marsel”lə matçda (2:1) penaltidən iki qol vurub.
Allsport.az xəbər verir ki, fransalı üçün qollar turnirin 88 oyununda 56-cı və 57-ci olub. O, “Mançester Yunayted”in və “Real”ın sabiq hücumçusu Rud van Nistelroyu (73 oyunda 56 qol) ötüb və turnir tarixinin altıncı bombardiri olub. Mbappe “Bavariya”nın keçmiş yarımmüdafiəçisi Tomas Müllerlə (163 matçda 57 qol) bərabərləşib.
Siyahıda daha sonra “Real Madrid”in keçmiş hücumçusu Raul Qonzales (142 matçda 71 qol) qərarlaşıb. Kriştianu Ronaldu liderdir – 183 oyunda 140 qol.