Mbappe ona dəstək olub

Kilyan Mbappenin Xabi Alonsonu istefadan qorumaq üçün zədəli halda “Barselona”ya qarşı oynadığı məlum olub.

Allsport.az xəbər verir ki, fransalı ulduz həkimlərin qadağasına baxmayaraq, məşqçisinə dəstək üçün meydana çıxıb. Lakin oyundan sonra o, Alonsonun “çempionluq dəhlizi” qurmaq tapşırığına etiraz edərək komandanı meydandan çıxarıb. Bu hadisə mütəxəssisin klubdakı nüfuzuna son zərbə olub.

Yanvarın 12-də istefaya göndərilən Alonsoya sosial şəbəkədə ilk vida mesajını da məhz Mbappe yazıb.

Həmin kateqoriyadan