- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Real”ın hücumçusu Kilyan Mbappe Madrid klubunun heyətində 50 qol həddinə çatıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı fransalı çempionlar liqasının əsas mərhələsinin ilk turunda “Marsel”lə qarşılaşmada (2:1) iki dəfə fərqlənib. O, hər iki qolu penaltidən vurub.
Bunlar Mbappenin “Real”ın heyətində bütün yarışlarda vurduğu 49-cu və 50-ci qolları olub. Bu saya çatmaq üçün Kilyana 64 matç bəs edib. O, bu saya ən tez çatan Kriştianu Ronaldunun (54 oyuna 50 qol) rekordunu qırıb.