Almatılı qadın Mbappenin alt geyimini satmaq istədi – FOTO

Qazaxıstanın Almatı şəhər sakini Aray Moldabayeva sosial şəbəkədə “Real Madrid” futbolçusu Kilian Mbappenin guya mehmanxanadan oğurlanmış yataq dəstini və alt geyimini satmaq barədə zarafat xarakterli elan yayıb.

Allsport.az xəbər verir ki, o bu hərəkəti yerli futbol azarkeşlərinin “Real” oyunçularının avtoqraflarını baha qiymətə satmasına satirik reaksiya olaraq etdiyini açıqlayıb.

Qadın, zarafatın böyük rezonans doğurduğunu, lakin məqsədinin sadəcə digər azarkeşləri ələ salmaq olduğunu bildirib. Moldabayeva bu hadisənin Qazaxıstanda “Real”ın gəlişi ilə bağlı böyük bayram ab-havası yaratdığını qeyd edib.

Həmin kateqoriyadan