Mbappenin durumu

“Real Madrid”in ulduz hücumçusu Kilyan Mbappe çempionlar liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə ilk oyununu qaçıra bilər.

Allsport.az xəbər verir ki, martın 11-də Madriddə keçiriləcək qarşılaşmaya qədər fransalı futbolçunun sağalmaq imkanı çox aşağı qiymətləndirilir. Cari həftə ərzində aparılan müayinələr nəticəsində Mbappeyə sol dizinin bağlarının dartılması diaqnozu qoyulub.

Kilyan cari mövsümdə “kral klubu”nun köynəyi ilə çıxdığı 33 matçda 38 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan