- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində “köhlən atlar” dünyada 64-cü, Avropada isə 40-cı pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malikdir.
Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandasının hesabında 144,5 xal var, Ukrayna “Şaxtyor”u (Donetsk) izləyir. Adıçəkilən komanda dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdədir. İlk “üçlüy”ü Ukraynanın digər təmsilçisi “Dnepr-1” (dünyada 105-ci, Avropada 65-ci) qapayır.
MDB məkanında Azərbaycanın reytinqdəki digər komandalarından “Sabah” 14-cü, “Neftçi” isə 16-cı pillədə yer alır.
MDB klublarının ilk “10-luğ”u:
1 (dünyada 64-cü). “Qarabağ” (Azərbaycan) – 144,5 xal
2 (78). “Şaxtyor” (Donetsk, Ukrayna) – 135,5
3 (105). “Dnepr-1” (Ukrayna) – 117,25
4 (108). “Şerif” (Moldova) – 115,5
5 (127). “Jalgiris” (Litva) – 106
6 (137). “Pünik” (Ermənistan) – 102,5
7 (170). RFS (Latviya) – 90
8 (204). “Urartu” (Ermənistan) – 80
9 (120). “Dinamo” (Kiyev, Ukrayna) – 79,5
10 (221). “Riqa” (Latviya) – 77
Avropa reytinqində “Qarabağ” 40-cı pilləyə yüksəlibsə, “Sabah” 173-cü, “Neftçi” isə 188-ci sırada özünə yer tapıb.
Türkiyə klublarından yalnız “Fənərbağça” “Qarabağ”dan öndədir. Hesabında 199,5 xal olan İstanbul nəhəngi 3 addım geriləyərək, 16-cı pilləyə düşüb. Türkiyənin ən yaxşı göstəriciyə malik ikinci komandası “Qalatasaray” ilk “100-lüy”ə daxil olmağı bacarıb. “Cim-Bom” (125,5 xal) hazırda 94-cüdür.