- Baxış sayı: 87
- 26 Mart 2026 12:57
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Rusiyalı tennisçi Daniyel Medvedev çexiyalı Jiri Leqeçka ilə 1/4 final matçında Madriddə keçirilən “Masters”dən imtina edib.
Allsport.az xəbər verir ki, birinci setin ortasında (3:2 hesabı onun xeyrinə) rusiyalı kortda fizioterapevti çağırıb və o, onun budunun daxili hissəsini masaj etməyə başlayıb. Bundan sonra Medvedev tribuna otağına keçib. Daha sonra korta qayıdan Daniyel ilk seti 4:6 hesabı ilə uduzaraq başa vurub və sonda mübarizəni davam etdirməkdən imtina edib.
Leqeçka kanadalı Feliks Auger-Aliassime ilə oynayacağı turnirdə yarımfinala yüksəlib.