Mehriban Əliyeva: “Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq”

akı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. Allsport.az xəbər verir ki, 17 gün ərzində idman və təşkilati baxımdan mükəmməl şəkildə təşkil edilmiş tədbirdə iştirak edənləri salamlayan alov Bakıda keçirilən Möhtəşəm Bağlanış Mərasimində söndürülüb.

Birinci xanım Bakı Olimpiya Stadionunda 68000 tamaşaçıya ünvanIadığı nitqində bildirib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq. Biz fəxr edirik ki, cəmi iki il yarım ərzində Azərbaycan üzərinə götürdüyü öhdəliklərini reallığa çevirdi və idman tədbirini ən yüksək standartlara uyğun təşkil etdi. Son 17 gün ərzində biz Avropa xalqlarının birlik, həmrəylik və dostluğuna şahid olduq.

“Bu idman və dostluq bayramının pərdələri enərkən, mən ölkə və xalqım üçün qürur hissi duyuram. Son 17 gün bizim ürəklərimizdə həmişə yaşayacaq və ölkəmizin tarixində unudulmaz an kimi nəsildən-nəslə ötürüləcək”.

Birinci xanım yarışı medal cədvəlində ikinci yerdə bitirən Azərbaycan idmançılarına dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidentinə eləcə də, ölkənin bütün əhalisinə təşəkkür etdi. “Xalqımız idmançılarımızla fəxr edir. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanıb ümumi medal cədvəlində ikinci olublar. Azərbaycan idmançıları, sizin uğurlarınız gələcək nəsillər üçün yaxşı nümunə olacaq.”- deyə o, əlavə edib.

İzdihamın gurultulu alqışları altında birinci xanım Avropa Olimpiya Komitələrinə, Azərbaycan və xarici ölkələrdən olan könüllülərə, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinə öz təşəkkürünü çatdırıb.

O, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə onun “Avropa Oyunları ideyasını reallığa çevirən əminlik və qətiyyətinə”, Koordinasiya Komitəsinin sədri Spayros Kapralosa isə “hazırlıqlara etdiyi məharətli rəhbərliyə” görə təşəkkür etdi.

“Əvəzedilməz könüllülər”ə də xüsusi təşəkkür bildirildi. Birinci xanım bildirdi: “Biz sizsiz bu tədbiri keçirə bilməzdik. Sizin şövq və peşəkarlığınız Bakı 2015 ruhunu reallığa çevirməyə kömək etdi. Sizin kimi istedadlı gəncləri olan ölkənin parlaq gələcəyi vardır”.

“Beynəlxalq könüllülərə də çox böyük təşəkkür edirəm. Siz, bu tarixi tədbirin təşkilində bizə kömək etmək, həmçinin idman və dostluq bayramının bir hissəsi olmaq üçün Avropadan Azərbaycana təşrif buyurmusunuz. Biz sizdən ötrü darıxacağıq və ümid edirik ki, siz yenidən buraya qayıdacaqsınız. Azərbaycan qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostları qarşıladıq və özümüzə yeni dostlar da tapdıq. Bu axşam hamınıza sağ olun deyirik. Lakin sizi Azərbaycanın gələcək tədbirlərində yenidən görməyə ümid edirik”.

Həmin kateqoriyadan