- Baxış sayı: 157
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 157
- Dekabr 05, 2025
- 0

“İnter Mayami”nin hücumçusu Lionel Messi “Amerika Kralı” mükafatına namizəd olub.
Allsport.az xəbər verir ki, bu mükafat Uruqvayın “El Pais” qəzeti tərəfindən Amerika liqalarında ilin ən yaxşı oyunçusuna verilir.
2024-cü ildə Messidən başqa, daha dörd futbolçu mükafat uğrunda mübarizə aparacaq. Bunlar Luis Enrike, Tyaqo Almada və Cefferson Savarinyo (hamısı “Botafoqo”) və Leonardo Fernandeşdir (“Penarol”).
“Amerika Kralı”nın hazırkı sahibi “Fluminense”nin futbolçusu Herman Kanodur.