- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Barselona”nın prezidenti Joan Laporta hücumçu Lionel Messinin kluba qayıtması ehtimalını şərh edib.
Allsport.az xəbər verir ki, o, bunun mümkün olmadığını bildirib: “Messinin oyunçu kimi qayıtması sadəcə qeyri-realdır. Hazırda onun “İnter Mayami” ilə müqaviləsi var. Klub indiki və gələcək üçün bir layihə qurur. Keçmişdə yaşayırsansa, irəliləmək ehtimalın azdır”.
Oktyabrın 23-də “İnter Mayami” 38 yaşlı argentinalı ilə müqavilənin 2028-ci ilin dekabr ayına qədər uzadıldığını açıqlayıb.
Messi 2000-ci ildən 2021-ci ilə qədər “Barselona”da oynayıb. O, 778 matçda 672 qol vuraraq klubun bütün zamanların ən çox qol vuran oyunçusudur.