Messi DÇ-2026-da oynayacaq?

“İnter Mayami” və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq arzusunu bildirib.

Allsport.az xəbər verir ki, o, bu barədə “Mundo Deportivo”ya danışıb:

“Düzünü desəm, dünya çempionatında oynamağım inanılmaz dərəcədə gözəl olardı. Mən formada olmaq və milli komanda üçün mühüm rol oynamaq istərdim. Əlbəttə ki, çox həyəcanlıyam, çünki bu, dünya çempionatıdır. Titulumuzu qorumaq əla olardı”.

38 yaşlı Messi 2023-cü ildən bəri “İnter Mayami”də oynayır. O, əvvəllər “Barselona” və PSJ-də çıxış edib.

2026-cı il dünya çempionatı 11 iyun – 19 iyulda ABŞ, Kanada və Meksikada keçiriləcək.

Həmin kateqoriyadan