- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“İnter Mayami”nin müdafiəçisi Jordi Alba “Qızıl top” haqda açıqlama verib.
Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu Lionel Messinin “Qızıl top”u qazanmalı olduğunu deyib:
“Mən heç vaxt “Qızıl top”a çox əhəmiyyət verməmişəm, bəzi oyunçular nəticələrlə razılaşır, bəziləri isə yox… Leo həmişə namizədlər arasında olmalıdır. MLS-ə getdiyi üçün o, kifayət qədər diqqət cəlb etməyə bilər, lakin Leo fərq yaratmağa davam edir. Mənim üçün o, şübhəsiz ki, dünyanın ən yaxşısıdır. O, “Qızıl top”a layiqdir. Mənim üçün Messi həmişə ən yaxşısı olacaq. Mükafatın başqa oyunçuya verilməsinə hörmətlə yanaşıram, amma bu mənim fikrimdir.”
Messi mükafata iddia edən 30 namizədin arasına daxil edilməmişdi.