Messi Ronalduya yaxınlaşdı

“İnter Mayami”nin hücumçusu Lionel Messi həftəsonu “Şarlotta” ilə MLS matçında penaltini qola çevirə bilməyib.

Allsport.az xəbər verir ki, argentinalı futbolçu “panenka” zərbəsi ilə qol vurmağa çalışıb. Bu, Messinin karyerasında reallaşdıra bilmədiyi 32-ci penaltidir. Ümumilikdə Lionel 145 penalti yerinə yetirib.

Messinin əsas rəqibi Kriştianu Ronaldu karyerası ərzində 210 penalti yerinə yetirib və 33-ü qola çevirə bilməyib.

Həmin kateqoriyadan