- Baxış sayı: 13
- 16 İyul 2026 22:22
- Baxış sayı: 391
- İyul 15, 2026
- 0

Kriştianu Ronaldunun nişanlısı Corcina Rodriqes Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya xüsusi hədiyyə göndərib.
Allsport.az xəbər verir ki, Corcina bu yaxınlarda təqdim etdiyi Mimoa adlı idman və gündəlik geyim brendinin məhsullarını Antonellaya hədiyyə edib.
Brendin ilk kolleksiyasında 27 geyim nümunəsi yer alır və onların hər birinin qiyməti 100 avrodan aşağıdır. Şirkət premium keyfiyyətli idman və gündəlik geyimləri qadınlar üçün daha əlçatan etməyi hədəfləyir.
Antonella Rokuzzo isə hədiyyəyə sosial şəbəkədə təşəkkür edib:
“Çox sağ ol, Corcina! Hər şey çox gözəldir. Sənə böyük uğurlar arzulayıram”.
Futbol azarkeşləri illərdir Lionel Messi ilə Kriştianu Ronaldunu müqayisə etsələr də, onların ailələri arasında səmimi münasibət diqqət çəkir.
