Qraplinq üzrə dünya çempionatında tarixi hadisələr “Sərhədçi”də yaşandı

Qraplinq üzrə dünya çempionatında tarixi hadisələr “Sərhədçi”də yaşandı

“Sərhədçi” idman mərkəzində qraplinq üzrə dünya çempionatı sona yetdi. Allsport.az saytının məlumatına görə, gərgin keçən tutaşmalarda bizdən Fərhad Bağırov (58 kq) 1-ci yer tutdu. Bu çəkidə digər təmsilçimiz Maqsudxan Quluzadə 3-cü yer tutdu. O biri bürünc medalı Elman Əsgərov qazandı.

Bakıda təşkil olunan dünya çempionatı bir neçə məqamda tarixə düşdü. Dünya güləş birliyinin qərarı ilə bu ildən qraplinqdə də qaliblərə çempionluq kəməri təsis olundu. Həmin əlamətdar hadisə ilk dəfə Azərbaycan paytaxtında yaşandı. Üstəlik, millimiz 1-ci kərə komanda hesabında fəxri kürsündə yer aldı. Seçməmiz 372 xalla 3-cü oldu.

Mükadatlandırmada kuboku nümayəndə heyətinin rəhbəri Hüseynəli Abbaslıya AZEMMAGF-nin vitse-prezidenti Çingiz Kişiyev təqdim etdi. Xatırladaq ki, Azərbaycan qraplinq, MMA və pankration federasiyasının prezidenti Azad Əsgərov, baş katibi Rəmiş Malıyevdir.

Ölkəmiz öncələr də bir neçə dəfə bu nüfuzlu beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edib. DGB-nin tərkibində qraplinq və pankration komitəsinin rəhbəri həmyerlimiz Namiq Əliyevdir.

Həmin kateqoriyadan