- Baxış sayı: 38
- 09 Noyabr 2026 12:58
- Baxış sayı: 99
- Noyabr 09, 2026
- 0

6-8 noyabrda Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 101 ölkədən idmançılar iştirak edib.
Mötəbər yarışda “Neftçi” idman klubunun təmsilçisi Şamil Tuncay (98 kq) gümüş medala yiyələnib. Bu, millimizin yeganə mükafatı olub. O, apreldə yeniyetmə və gənc samboçuların Avropa birinciliyində Azərbaycana yeganə qızılı qazandırmışdı.
İstedadlı idmançı samboya cüdodan keçməyə məcbur olub. Olimpiya çempionu Zəlim Kotsoyevin qardaşı Aslan Kotsoyevlə yaranmış qarşılıqlı mübahisə səbəbindən, qərəzli olaraq ACF tərəfindən milli komandadan qeyri-müəyyən müddətə uzaqlaşdırılıb.
Əldə etdiyimiz bilgiyə görə, rəhbərlik səhvini anlayıb və Şamil Tuncayı geri qaytarmağı düşünür. Onun gələcək arzularını alt-üst edən legionçu isə beynəlxalq yarışlarda yenilməkdə davam edir.