- Baxış sayı: 81
- 25 Oktyabr 2026 18:56
- Baxış sayı: 64
- Oktyabr 25, 2026
- 0

25 oktyabr Astanada dünya çempionatının ilk medal günündə 77 kq-da Sənan Süleymanov finalda moldovalı Aleksadrin Qutu 8:3 yenərək peşəsində ilk dəfə bu rəqabətdə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra o çıxışını belə dəyərləndirdi:
“Dünya çempionu olmağı çoxdan arzulayırdım. Hazırda sevincimi sözlə ifadə edə bilmirəm. İllərdir heç kəsin görmədiyi, bilmədiyi çətinliklər, zəhmət, zədələr. Onları heç də hər zaman dəf edib istədiyinə yerişmirsən. Həvəsdən düşmədim, bu gün arzuma çatdım.
İlk məqsədim Avropa çempionu olmaq idi. Onu qazanandan sonra dünya çempionluğunu hədəflədim. 2 dəfə buna yaxın oldum, amma finalda yenildim. Allaha çox şükür, bu gün həmin uğura da çatdım. İndi qarşımda bir hədəfim var: olimpiya çempionluğu.
Allah qoysa, əminəm ki, növbəti Los Anceles-2026-da istəyimə nail olacağam. Hər bir idmançının arzusu qızıl medalları dəst etməkdir. Buna yetişəcəyimə inanıram. Necə ki, bu dünya çempionatında bir ay öncə buna əmin idim”.
Kamran HACI, Astana