- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Argentinada Lionel Messinin heykəli yenidən vandalizmə məruz qalıb.
Allsport.az xəbər verir ki, hadisə bazar günü səhər baş verib.
Mar del Plata şəhər mərkəzindəki El Nuevo Mundial barının yaxınlığında yerləşən Messinin heykəli iki yerə bölünüb.
Naməlum şəxslər əvvəllər Buenos-Ayresdə Argentina milli komandasının qapıçısı Emiliano Martinezin divar rəsmini vandalizmə məruz qoymuşdular.
2018-ci ildə ucaldılmış Messinin heykəli başı kəsildikdən sonra bərpa edilmişdi.