- Baxış sayı: 8
- 10 Mart 2026 15:26
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Argentina millisinin hücumçusu Lionel Messinin, MLS komandası “İnter Mayami”yə keçməsindən sonra, sosial şəbəkələrdə klubun abunəçilərinin sayı xeyli artıb.
Allsport.az xəbər verir ki, MLS klubu dünya çempionunun transferini çərşənbə günü, iyunun 7-də açıqlayıb.
Klubun “İnstaqram”da abunəçilərinin sayı 1 milyon nəfər təşkil edib. Hazırda “İnter”in sosial şəbəkəsinin 4,5 milyondan çox izləyicisi var.
“Tvitter”də ABŞ təmsilçisinin izləyicilərinin sayı bir gündən az müddətdə 180mindən – 391minə yüksəlib.