- Baxış sayı: 27
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Kəpəz” premyer liqanın XIII turunda “Zirə”yə uduzub – 0:2.
Allsport.az xəbər verir ki, görüşdən sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov bunu deyib:
“Çox maraqlı oyun oldu. Meydançada yaxşı mübarizə getdi. İlk yarıda meydanda 7 yerli, 4 əcnəbi futbolçu var idi. Bu həm bizim üçün, həm yerli oyunçuların inkişafı baxımından çox yaxşıdır. İkinci hissədə cüzi səhvlərin nəticəsində uduzduq. Həmişə demişəm ki, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhvə yol verməyə məcbur etməliyik. Təəssüflər olsun ki, qollar buraxdıq və məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.