- Baxış sayı: 28
- 16 Dekabr 2025 18:25
- Baxış sayı: 37
- Dekabr 16, 2025
- 0

Azərbaycan premyer liqasının XXIII turunun “Səbail” – “Sabah” oyunundan (0:0) sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis oyun barədə bunu deyib:
“Turnir cədvəlində yuxarı pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edirik. Oyun ərzində bir neçə qol fürsəti əldə etdik, bir neçə dəfə cərimə meydançasına daxil ola bildik, amma bunlardan lazımınca yararlana bilmədik. Meydançanın süni örtüklü olması da oyunumuza müəyyən qədər təsir etdi. İstənilən halda, bu oyunu aktivimizə yaza bilmərik”.