“Meydanda cəsarətli çıxış etmək vacibdir”

“Oyunçularımıza inanıram, məqsədimiz bu matçlarda onların potensialını tam şəkildə üzə çıxarmalarına kömək etməkdir”.

Allsport.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Eyyubov qarşıdakı rəsmi oyunlarla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Karvina şəhərinə Çex respublikası ilə oyuna yollanan millinin baş məşqçisi yarışa hazır olduqlarını deyib: “Bizi iki maraqlı oyun gözləyir. İlk növbədə mental olaraq hazır olmaq, meydanda cəsarətli çıxış etmək vacibdir. Taktiki planımız da komandanı buna sövq etməlidir. Rəqiblərimizin futbolçuları Avropanın yaxşı klublarında çıxış edirlər. Buna görə də ilk dəqiqələrdən intensivliyə uyğunlaşmaq çox önəmlidir”.

“B” qrupunda yer alan U-21 yığması oktyabrın 10-da Karvina şəhər stadionunda Çex respublikası, 14-də isə “Dalğa Arena”da Şotlandiya yığması ilə qarşılaşacaq.

Həmin kateqoriyadan