- Baxış sayı: 31
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 32
- Noyabr 26, 2024
- 0
İspaniyanın 3-cü liqa təmsilçisi “Kordoba”da çıxış edən Draqisa Qudel “Ferrol” ilə oynadığı matçda qəfil pisləşib və yıxılıb.
Allsport.az xəbər verir ki, 25 yaşlı serbiyalı ürək masajından sonra özünə gəlib. Təcili tibbi yardım maşınına mindirilmək istəyərkən o, qəfil ayağa qalxaraq oyunu davam etdirmək istəsə də, həkim briqadaları icazə verməyib.
“Kordoba”nın baş icraçı direktoru Xavier Qonzales futbolçunun vəziyyəti ilə bağlı deyib: “Dragisa şüurludur, lakin onun vəziyyəti yaxından izlənilir. Ürəyi bir müddət dayanıb və meydandan çıxanda huşunu itirib. O, matçı davam etdirmək istəyirdi, amma təbii ki, belə olmurdu. Onu xəstəxanaya aparmaq qərarını başa düşdü”.