“Meydanda kimin olması önəmli deyil”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis məğlubiyyət barədə bunu deyib:

“İstədiyimiz meydançada alınmadı. Meydanda kimin olması önəmli deyil. Elə oyunlar olur ki, nə qədər güc itirirsən, amma rəqibin təsirindən çıxa bilmirsən. Mənə elə gəlir ki, bir neçə gün ərzində danışdıqlarımız, planlaşdırdıqlarımız bu gün alınmadı. Bu təbii haldır. Bir neçə oyundan bir belə matçlar olur. İstəməzdik bu gün belə olsun. Amma məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm”.

Həmin kateqoriyadan