Meza Kolli: “Zaur Axundov “Keşlə”də qalmağımı istədi”

“Keşlə” ilə müqaviləsi başa çatan Sezar Meza Kolli açıqlama verib. Allsport.az xəbər verir ki, adı “Neftçi” ilə hallanan paraqvaylı yarımmüdafiəçi klubun müşahidə şurasının sədri Zaur Axundovun ondan “Keşlə”də qalmasını xahiş etdiyini bildirib: 

“Zaur Axundovla bu barədə görüşümüz oldu. Onunla münasibətim çox yaxşıdır. Ata-oğul kimiyik. Məndən “Keşlə”də qalmağımı istədi. Mən isə indi qazanılan kubokun dadını çıxarmaq istədiyimi bildirdim. Gələcəklə bağlı qərarımı daha sonra sakit şəkildə verəcəyəm”.

Həmin kateqoriyadan