- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Sezar Meza Kolli “Keşlə”nin heyətində 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçinin yubileyi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçına təsadüf edib.
“Zirə” ilə ev qarşılaşması (1:2) legionerin 100-cü görüşü olub. O, bu oyunlarda 16 qol vurub.
Sezar 2013-16 və 2018-ci illərdə də şərəfini qoruduğu “Keşlə”yə 2019-cu ilin yayında qayıdıb. O, premyer liqada 82 (9 qol), ölkə kubokunda 16 (5 qol), Avropa liqasında 2 (2 qol) matçda forma geyinib.