- Baxış sayı: 39
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası (ASAPES) və Moskva dövlət beynəlxalq münasibətlər institutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-dən 31-dək Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb.
Proqram çərçivəsində Avropa idman menecmenti assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel universitetinin professoru Vassil Qirqinov, Koventri universitetinin professoru Amanda Pinkney, “RESULT sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya beynəlxalq olimpiya universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə MGİMO-nun tələbələri üçün səyyar modul təşkil olunub.
Rusiya olimpiyaçılarına dəstək fondunun və MGİMO-nun idman diplomatiyası mərkəzinin təhsil proqramının rəhbərləri E.Q.Belyakova və Y.B.Ostaşova iştirakçıları Bakı modulunun strukturu və məzmunu ilə tanış ediblər.
Daha sonra modul iştirakçıları Azərbaycan kanoe və avarçəkmə federasiyasını və su idmanı sarayını ziyarət edərək idmançıların məşq prosesi ilə, eləcə də bu qurumların idarəetmə sistemi ilə tanış olublar.
Bundan başqa, onlar Bakıda keçirilən və dünya taekvondosunun 50 illiyinə həsr edilən dünya çempionatının açılış mərasimini də canlı izləyiblər.
Bakıda təşkil olunan səyyar modulu mayın 31-dək davam edəcək.