Mik Makkarti: Oyunda yaxşı tərəf “Qarabağ” idi

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti çempionlar liqasının 2-ci ələməsində “Dandalk” – “Qarabağ” oyunu (1:1) haqda danışıb. Allsport.az saytı xəbər verir ki, o, “Qarabağ”ın xüsusi epizodlar  yaratmadan topa sahib olduğunu bildirib: 

“Amma onların 17 (Abdullah Zubir) və 3 (Aylton Silva) nömrələri gözəl oynadılar. 11 (Mahir Əmreli) və 20 (Riçard Almeyda) nömrəli futbolçularını da bəyəndim. Amma “Dandalk” layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu.  Onlar öz mübarizəsi ilə heç-heçəyə layiq idilər”.

O, cavab görüşü barədə də fikirlərini bildirib: “Düşünürəm ki, oyunda yaxşı tərəf “Qarabağ” idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə, “Qarabağ” evdə daha hirsli oynayacaq”.

Həmin kateqoriyadan