- Baxış sayı: 32
- 22 Mart 2026 15:50
- Baxış sayı: 99
- Mart 22, 2026
- 0

“Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycam premyer liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.
Allsport.az xəbər verir ki, o, XXV turun “Sumqayıt”la ev görüşündə (3:1) fərqlənib.
Almaniyalı hücumçu 2-ci dəfə premyer liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.
Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legionçu olub. Onadək yalnız Bahadır Nəsimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.