Milan Baroş “Kəpəz” klubunu tanımır

Avropa Liqasında “Neftçi”nin ehtimal rəqibi olan “Mlada Boleslav”dan ayrılan Milan Baroş Bakıya “Kəpəz”lə qarşılaşmaq üçün gələ bilər. Allsport.az saytı xəbər verir ki, artıq yeni klubu “Slovan”da məşqlərə başlayan 35 yaşlı hücumçu “sarı-göylərin” gəncəlilərin potensial opponentinə çevrilib.

Amma bunun üçün Gəncə təmsilçisi “Admira” səddini adlamalıdır. “Liverpul”, “Lion”, “Qalatasaray” kimi komandalarda çıxış etmiş Çex Respublikası millisinin keçmiş futbolçusu verdiyi müsahibədə rəsmi debütünün gerçəkləşəcəyi 3-cü təsnifat mərhələsində rəqiblərini tanımadığını qeyd edib:

“Ən azı ona görə ki, “Admira” və “Kəpəz” haqda hər hansı təsəvvürüm də yoxdur. Onların səviyyəsinə və oyun üslubuna bələd deyilik. Rəqibimizi tanımaq üçün təhlillər aparmalı olacağıq. Qarşılaşacağımız komandanın nəyə qadir olduğunu bilməliyik”.

Həmin kateqoriyadan