- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 782
- Mart 30, 2026
- 0

U-21 millinin baş məşqçisi Milan Obradoviç bu gün Ukrayna yığmasına qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, serbiyalı mütəxəssis 1:1 hesabı ilə bitən matçdan sonra mətbuat konfransında bunu söyləyib:
“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik. Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi.
Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldın verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.