”Milan” Yasini satır

“Milan”ın yarımmüdafiəçisi Yasin Adli karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək.

Allsport.az xəbər verir ki, 25 yaşlı fransalı futbolçu “Əş-Şabab”la müqavilə imzalayacaq. Transfer məbləği 7 milyon avro, müqavilə isə 2028-ci ilin yayına kimi olacaq.

2024/25 mövsümündə Adli “Fiorentina”da icarə əsasında çıxış edib. O, 35 matçda 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Həmin kateqoriyadan