“Milan”la derbini buraxacaq

“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan zədə səbəbindən təxminən bir aylıq sıradan çıxıb.

Allsport.az xəbər verir ki, o, “A” seriyasında “Napoli”yə 1:3 hesabı ilə uduzduqları oyunda zədələnib və 32-ci dəqiqədə meydanı tərk edib.

Tibbi müayinə zamanı 36 yaşlı oyunçunun sol ayağında yarı vətər əzələsinin gərgin olduğu aşkar edilib. Mxitaryanın noyabrın sonuna qədər meydana qayıtması gözlənilir, lakin o, 23 noyabrda “Milan”a qarşı keçiriləcək derbiyə hazır olmayacaq.

Henrix Mxitaryan bu mövsüm 12 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan