- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

4 iyul – 29 oktyabrda “Red Bull Tetris” turniri minlərlə oyun həvəskarını birləşdirib. Allsport.az saytı xəbər verir ki, iştirakçılar mobil cihazlarından istifadə edərək redbull.com vasitəsilə oyun oynayaraq xal topladılar və ən yüksək nəticə göstərən 8 oyunçu milli finala vəsiqə qazanıb.
2 noyabrda “Krescent Mall”ın 1-ci mərtəbəsində keçiriləcək həlledici mərhələdə oyunçular iştirakçılar sürət, diqqət və taktika bacarıqlarını nümayiş etdirəcəklər. Turnir rəsmi tetris qaydalarına əsasən PS, “X boks” və ya bənzər kontrollerlərlə keçiriləcək, bütün avadanlıq yerində təmin ediləcək. Şəxsi kontrollerin istifadəsi qadağandır.
Qalib 11–13 dekabrda Dubayda dünya finalına vəsiqə qazanacaq. Bu il yarış ilk dəfə əfsanəvi “Dubai Frame” fonunda, dronların iştirakı ilə canlı şəkildə nümayiş olunacaq.