Milli Haiti ilə qarşılaşacaq

Azərbaycan yığma komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, “A” milli Haiti yığması ilə qarşılaşacaq. Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Azərbaycan yığması martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan millisi ilə yoldaşlıq görüşü keçirəcək.

Həmin kateqoriyadan

azenrutr