- Baxış sayı: 38
- 20 Noyabr 2024 16:57
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Milli olimpiya komitəsində (MOK) “Milli idman sistemlərinin inkişafı” layihəsi çərçivəsində Böyük Britaniyadan ölkəmizə səfər edən ekspert Aleksandr Nikonorovla görüş olub.
Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, AKAF-ın rəhbəri Vüqar Əhmədov, baş katibi Fərhad Əliyev, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov və şöbənin əməkdaşı Ceyhun Rəhmanov iştirak ediblər.
Çingiz Hüseynzadə son iki ildə MOK və AKAF arasında görülən işləri və MOK-un hər zaman bu kimi proqramlarda AKAF-a dəstək olacağını bildirdi.
Vüqar Əhmədov da öz növbəsində bu proqramın Azərbaycan kanoe və avarçəkmə federasiyasının gələcək strategiyasının planlamasında və məşqçilərin inkişafında çox böyük rolu olduğunu vurğuladı.
Ekspert Azərbaycana səfəri müddətində Bakı, Mingeçevir və Fizuli şəhərlərində məşqçilərlə görüşləri və federasiyanın fəaliyyətini yüksək qiymətləndirməsi haqda fikirlər səsləndirib.