- Baxış sayı: 168
- 11 Sentyabr 2025 18:27
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Allsport.az xəbər verir ki, “B” liqasının “A” qrupunda yer alan milli İngiltərə yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun rəhbərlik etdiyi kollektivin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan komandasının heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Milli qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.