Milli komandamızın üzvü qadın «Zirvə»çilər arasında 3-cü olub

Türkiyə paytaxtında yerləşən “Altunpark-Axarsu” İdman Kompleksində “Zirve İnternational Sport Clubs”-un klublarası ilk dünya çempionatının final mərhələsində, qadın ağırlıqqaldıranların yarışında fəxri kürsüyə Azərbaycan idmançısı da çıxıb.

Allsport.az saytının məlumatına görə, milli komandamızın üzvü Anastasiya İbrahimli sinklerdə (burada bütün iştirakçıların göstərdiyi  nəticələr aralarında bölünür, sonra xallar hesablanır və əmsala görə qaliblər müəyyənləşir – red) qoparmada 89, təkanla qaldırmada 112 kq çəkinin özdəsindən gələrək, bürünc medal qazanıb.

21 yaşlı atlet bizə açıqlamasında deyib ki, zədədən sonra bu nəticəni normal sayır: «Zədə səbəbindən bir müddət müalicə aldım. Təzə sağalmışam. Fikrimcə, Anqarada pis çıxış etmədim. İnşallah, yüksək hazırlıq formasına gəldikdən sonra, daha böyük uğurlar qazanacağam».

Həmin kateqoriyadan