Milli olimpiya komitəsi də Paris-2024-də fərqlənənlərə mükafat müyyən etdi

Milli olimpiya komitəsi prezidenti İlham Əliyev “Fransanın Paris şəhərində keçirilən XXXIII yay olimpiya oyunlarında Azərbaycan respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Allsport.az saytı xəbər verir ki, 1-ci yeri tutan hər bir idmançıya 200 000 manat, onun məşqçisinə 100 000 manat, 2-ci yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat, 3-cü yeri tutan hər bir idmançıya 50 000 manat, onun məşqçisinə isə 25 000 manat, komandanın baş məşqçisi – idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat müəyyən edilib.

Milli olimpiya komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

Həmin kateqoriyadan