Milli olimpiya komitəsi və “BP Azərbaycan” arasında anlaşma

Aprelin 9-da “BP Azərbaycan” şirkəti ilə Milli olimpiya komitəsi (MOK) və Milli paralimpiya komitəsi (MPK) arasında mövcud tərəfdaşlığın müddətinin uzadılmasına dair rəsmi imzalanma olub. Allsport.az saytı xəbər verir ki, yeni anlaşmaya əsasən, BP 2028-ci ilin sonunadək ölkənin milli olimpiya və paralimpiya komandalarına dəstəyini davam etdirəcək.

MOK-un mətbuat xidmətindən verilən məıumata görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, MPK-nın prezidenti Hidayət Abdullayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

BP ilə MOK və MPK arasında tərəfdaşlıq 2012-ci ilin yanvar ayında – London-2012 yay olimpiya oyunları ərəfəsində qurulub. 

Tərəfdaşlıq bu illər ərzində bir neçə dəfə – 2013, 2016 və 2024-cü illərdə uzadılıb. 2028-ci ilə qədər uzadılan yeni saziş ölkədə idmanın inkişafına və idmançılara dəstəyin davam etdirilməsinə xidmət edəcək.

Həmin kateqoriyadan

azenrutr