- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0

Milli olimpiya komitəsi ilə “Toyota”nın Tiflisdə yerləşən regional baş ofisində görüş olub. Allsport.az saytı xəbər verir ki, toplantıda şirkətinin Qafqaz üzrə direktoru Tomoya Yamaquçi, prezident Koji Matsuno, korporativ-planlama direktoru İrakli Lekişvili və digər nümayəndələr iştirak edib.
Biz tərəfdən MOK-un marketinq şöbəsinin direktoru Mehman Kərimov, mütəxəssisi Səkinə Vəliyeva, mətbuat katibi Günay Malikqızı təmsil ediblər. Görüşdə milli olimpiya komitəsi və “Toyota” şirkəti arasında 2020-2021-ci illər üzrə əməkdaşlıq nəticələri və gələcək illər üzrə perspektivlər müzakirə edilib.