Milli olimpiya komitəsinin icraiyyə komitəsinin yeni tərkibdə ilk iclası keçirilib

Fevralın 25-də Milli olimpiya komitəsinin icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən vitse-prezident Çingiz Hüseynzadə, qurumun icraiyyə komitəsinin yeni tərkibdə iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

İyulun 24-30-da Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa yeniyetmələrinin XVI yay olimpiya festivalında idmanın 11 növü üzrə yarışlar keçiriləcəyi qeyd olunub. Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilən festivalda Azərbaycan komandası 122 atletlə idmanın 10 növündə təmsil olunub. Yeniyetmə idmançılarımız 10 qızıl, 7 gümüş və 6 bürünc medalla komanda hesabında 4-cü yeri tutublar.

Avqustun 9-18-də Türkiyənin Konya şəhərində V İslam həmrəyliyi oyunlarına hazırlıq məsələlərinin də müzakirə olunduğu iclasda oyunlarla bağlı son qərarın martın 17-nə planlaşdırılan missiya rəhbərlərinin iclasında veriləcəyi bildirilib.

Yığıncaqda vitse-prezidentlər Fərid Qayıbov, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, icraiyyə komitəsinin üzvləri Mariana Vasileva, Könül Nurullayeva, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov Hacı Ramil iştirak ediblər.

İclas iştirakçıları MOK-un 30-illik yubiley tədbiri haqda da fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan