Milli Olimpiya Komitisinin rəhbəri: “Bir daha sakitliyə, inkişafa və müstəqil siyasətimizə səs verdiniz”

Milli Olimpiya Komitisinin rəhbəri İlham Əliyev yenidən ölkə başçısı seçilib. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən parkda möhtəşəm konsert proqramı olub. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri iştirak ediblər. O, səhnəyə çıxaraq seçkidə onu dəstəkləyən vətəndaşlara təşəkkürünü bildirib:

“Bir daha sakitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdiniz. Müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək.

Azərbaycan gənclərinə üz tutub deyirəm ki, ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, xoşbəxt gələcəyə aparacaq. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!”.

Həmin kateqoriyadan