- Baxış sayı: 37
- 10 Mart 2026 17:22
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

AFFA icraiyyə komitəsinin fevralın 19-da keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi postuna Ruy Jorjenin namizədliyi müzakirə çıxarılıb və təsdiq edilib.
Allsport.az xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Ruy Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.
Azərbaycanın U-20 yığması 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunan baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.
Ruy Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Ruy Jorje Portuqaliyanın olimpiya millisinə də rəhbərlik edib.