- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
AAAF park yaşayış kompleksinin yarış zalında milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldıranların 18-ci açıq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsi və ağır atletika federasiyasının təşkilatçılığı ilə yarış beynəxlaq status daşıyıb və Azərbaycanın paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından, həmçinin Gürcüstandan dəvət olunan idmançılar iştirak ediblər.
Açılışda Fəxrəddin Şahbazovun ailə üzvləri, həmçinin BŞGBİ-nin rəisi Raqif Abbasov, AAAF-in 1-ci vitse-prezidenti Tofiq Heydərov və digər qonaqlar iştirak ediblər. Nitq üçün söz ilk olaraq dövlət rəsmisinə verilib. O, milli qəhrəmanın ruhunun bu qədər uca tutulması və onun xatirəsinə həsr olunmuş belə mötəbər turniri hər il yüksək səviyyədə keçirilməsinin alqışlanası hal olduğunu bildirib.
Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanım da danışaraq ailə adından yarış təşkilatçılarına təşəkkürünü bildirib. Sonra Milli Qəhrəmanın nəvəzi, elə onun adını daşıyan Fəxrəddin də qonaq və iştirakçılara çox sağol deyib, gələcəkdə onların hər birinin etimadını doğruldacağına söz verib. Daha sonra Tofiq Heydərov səhnəyə çıxaraq ənənəvi olaraq yarışın ilk qızıl medalını nəvə Fəxrəddinə təqdim edib.
Heydərov həmçinin çıxış edib və 2018-ci ildə Azərbaycan ağır atletlərinin qazandığı böyük uğurlar, nailiyyətlər, bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda idman inkişaf edir və bundan sonra da qələbələr qazanmaq üçün yetərli potensial var.
Dövlət Himni səslənib və yarış rəsmən açıq elan olunub. Sonra xatirə turnirində yarışlar davam etdirilib. Müxtəlif çəki dərəcələrində Əvəz Tağıyev, Elvin Şükürzadə, Elşən Məmmədov, Qurami Giorbelidze, Arçil Malakmadze, Lamia Tebidze, İsa Həsənli, Əli Şükürlü, ümidvar Bayramlı və Tornike Tabatadze qalib adını qazanıblar. Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim edilib.
Turnirin keçirilməsində məqsəd milli qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağırlıqqaldırmanın təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.