- Baxış sayı: 39
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama oyununu keçirib.
Allsport.az xəbər verir ki, U-21 millimiz I liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. “Dalğa Arena”nın məşq meydançasında baş tutan görüş Rəşad Əyyyubovun rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolu 82-ci dəqiqədə Murad Ələkbərov vurub.
U-21 milli toplanış çərçivəsində ikinci yoxlama oyununu yanvarın 17-də “Şamaxı” klubuna qarşı keçirəcək.