- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Allsport.az xəbər verir ki, Polşada keçirilən oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ukrayna yığmasının qollarını Oleksey Qutsulyakla (30-cu dəqiqə) Ruslan Malinovski (64) vurublar.
Millimizin yeganə qolunun müəllifi isə rəqibin müdafiəçisi Vitali Mikolenko olub. O, 45+3-cü dəqiqədə topu öz qapısına göndərib.
Bununla da Ukrayna yığması xallarının sayını 7-ə çatdırıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin 1 xalı var.