- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0
Türkiyə futbol federasiyasının mərc oyunlarında iştiraka görə peşəkar futbol intizam komitəsinə göndərdiyi siyahıda adı olan Azərbaycan yığmasının və “Sivasspor”un futbolçusu Mərt Çəlikin cəzası açıqlanıb.
Allsport.az xəbər verir ki, komitə Çəlikin futbol fəaliyyətini 45 gün müddətinə məhdudlaşdırıb.
Onun barəsində cinayət işi də açılıb.
Mərt Çəlik Azərbaycan yığmasının heyətində bir oyun keçirib. O, bu il Belarusla (0:2) keçirilən yoldaşlıq görüşündə iştirak edib. Çəlik daha öncə Azərbaycanın U-21 yığması, “Neftçi” və “Səbail”də də çıxış edib.